AZ

Kim Çen In 30-a yaxın məmuru edam etdirdi

Şimali Koreya hakimiyyəti iyulun sonunda ölkənin şimalında minlərlə insanın həyatına son qoyan dağıdıcı daşqınlara görə onlarla yüksək vəzifəli məmuru edam edib.Missiya.Az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "TV Chosun" televiziyası məlumat yayıb.

Bildirilib ki, zərər çəkmiş bölgənin 20-30 lideri güllələnib. Şimali Koreya lideri Kim Çen In iyulun sonunda keçirilən fövqəladə iclasda “vəzifəsini yerinə yetirməyən” və bu qədər insan tələfatına səbəb olanları sərt şəkildə cəzalandıracağını bəyan etmişdi. Şimali Koreyanın dövlət mediası dövlət başçısının təbii fəlakətdən sonra xilasetmə əməliyyatlarını izləyən fotolarını yayıb, lakin itkilər barədə bir informasiya verməyib.

Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
missiya.az

1Mənbələr