AZ

ADY köhnə qatarları yeni qatar adıyla xəttə buraxır – Foto

Azərbaycan Dəmir Yolları Bakı-Gəncə-Bakı xətti üzrə hərəkət edən yeni qatarları köhnələri ilə əvəz edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Gəncədən Bakıya gələn sərnişin Kamil Həmidov yazıb. O bildirib ki, ADY köhnə qatarları yeni və daha müasir qatar kimi təqdim edir:

“Azərbaycan Dəmir Yolları – ADY təəccübləndirməkdə nömrə birdir. Təəccübümə səbəb qatarların dəyişdirilməsi və bunun dispetçerlər tərəfindən daha müasir qatarlar kimi təqdim edilməsidir. Təsvir edin, səssiz, elektrikli, iki mərtəbəli daha rahat Avropa qatarlarını bir mərtəbəli, narahat oturacaqları olan, səsi qulaq batıran dizel mühərrikli qatarlarla dəyişiblər. Bunu da “müasirlik” adı ilə təqdim edirlər”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
tribunainfo.az

2Mənbələr