AZ

“Göyqurdlar” yığma üçün surpriz  hazırlayır?

Ölkəmizin futbol yığması bu gün Millətlər Liqası çərçivəsində İsveçi qəbul edəcək. 

Komandamız yeni baş məşqçi Fernando Santuşun rəhbərliyi altında ilk oyuna çıxacaq. Həm ümidlər, həm də gözləntilər böyükdü. Daim yığmaya dəstəyi ilə seçilən “Göyqurdlar” azarkeş qrupu da portuqaliyalı mütəxəssisin debüt oyununa xüsusi şəkildə hazırlaşır.

Qrupun rəhbəri Elnur Şəriflinin “Futbol+”ə açıqlaması:

“Matçla bağlı xoreoqrafiya etməyə çalışırıq. Sadəcə, maliyyə ilə bağlı sıxıntılarımız var. Öz aramızda buna görə pul yığmağa çalışırıq. Yığıb çatdıra bilsək, xoreoqrafiyani edəcəyik. Təyin etdiyimiz məbləği toplaya  bilməsək, təəssüf ki, bu planımız alınmayacaq.  Hazırda qeydiyyatdan 850 nəfər keçib, yəni bizimlə stadionda olacaq nümayəndələrimiz indilik bu qədərdi. Çox güman, oyuna qədər artacaq. Həmişəki kimi, doğma yerimizdə, yəni 11-ci sektorda olacağıq. Oranı dolduracağımıza ümid edirəm”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
football-plus.az

1Mənbələr