AZ

Yannik Sinner İtaliya tennisində rekorda imza atıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mövsümün son Böyük Dəbilqə turnirinin - "US Open 2024"-ün 1/4 final matçında rusiyalı Daniil Medvedyev italiyalı Yannik Sinnerlə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, görüş Sinnerin dörd setdə qalib gəlməsi ilə başa çatıb: 6:2, 1:6, 6:1, 6:4.
Beləliklə, Sinner ATP (Kişi Tennisçilər Assosiasiyası) reytinqinin ilk dəfə 1973-cü ildə dərc olunduğu vaxtdan bəri ardıcıl mövsümlərdə ilk onluqda qərarlaşan raketka ustaları üzərində 10-da çox qələbə qazanan ilk italyan idmançısı (kişilər və qadınlar arasında) olub.
Bundan əlavə Sinner bir mövsümdə üç Böyük Dəbilqə turnirinin yarımfinalına çıxan ilk italiyalı tennisçi olub.
Xatırladaq ki, "American Slam" yarışının növbəti mərhələsində Yannik Sinner, britaniyalı tennisçi Cek Draperlə qarşılaşacaq.
Qeyd edək ki, "US Open 2024" turnirinin mükafat fondu 75 milyon dollardır, qalib isə 3.6 milyon dollar gəlir əldə edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
oxu.az

10Mənbələr