AZ

“Bakıkart” tətbiqi nə vaxt işləyəcək? - AÇIQLAMA

1 aya yaxındır “Bakıkart” tətbiqi işləmir. Vətəndaşlar tətbiq vasitəsilə balansı artıra bilmirlər. Bəs bu problem həllini nə vaxt tapacaq?

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Tural Orucov Hurriyyet.az-ın sorğusuna cavab olaraq bildirib ki, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir:

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.

Aynurə İSMAYIL

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
hurriyyet.az

2Mənbələr