AZ

Avropa çempionatı: 6 cüdoçumuz tatamiyə çıxacaq

Bu gün Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, ilk yarış günü 6 cüdoçumuz tatamiyə çıxacaq.

Oğlanların yarışında 1, qızlarda isə 5 təmsilçimiz qalib adı uğrunda mübarizə aparacaq.

Avropa çempionatı
Oğlanların yarışı
60 kq

Nizami İmranor 1/8 final finalda mübarizəyə başlayacaq. Onun rəqibi Daniel Robles (İspaniya) – Françesko Sampino (İtaliya) cütünün qalibi olacaq.

Qızların yarışı
48 kq

Könül Əliyeva 1/8 finaldan güləşməyə başlayacaq. Onun rəqibi Bequmnaz Doğruyol (Türkiyə) – Rebekka Valeriani (İtaliya) görüşündən sonra bəlli olacaq.
Bu çəkidə Fəridə Mirzayeva ilk mərhələdə Vodianna Melaniia (Ukrayna) qarşılaşacaq.

52 kq
İlk mərhələdən tatamiyə çıxacaq Xədicə Qədəşovanın rəqibi fransalı Alissi Pulanji olacaq.

57 kq
Fidan Qasımova Anne Şaşla (Macarıstan) münasibətlərə aydınlıq gətirəcək.

Fidan Əlizadənin rəqibi isə lixteynşteynli Lei Viss olacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
idman.biz

1Mənbələr