AZ

Levandovski: “Bizim nəsil futbola küçələrdən gəlib”

“Barselona”nın hücumçusu Robert Levandovski futboldakı dəyişikliklərdən danışıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda küçə futbolundan gələn oyunçu olmağın çətin olduğunu söyləyib:“Futbol daim dəyişir və gənc oyunçuların futbol oynamağı, öyrənmə tərzi də dəyişir. Bizim nəsil futbola küçələrdən gəlib. İndi bu, demək olar ki, qeyri-mümkündür”.36 yaşlı hücumçu 2024/2025 mövsümündə 4 oyunda 4 qol vurub. “Barselona” hazırda İspaniya çempionatının vahid lideridir. Kataloniyalılar turnir cədvəlində ikinci olan “Real”ı 4 xal qabaqlayırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
komanda.az

1Mənbələr