AZ

Tahir Xudiyev: "Medallar şəxsi məqsədlər üçün təsis olunur, bu cür addımlar qəbuledilməzdir"

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "orden" və "medal" paylayan bəzi QHT-lərə xəbərdarlığına reaksiya olaraq, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev QHT.az-a öz fikirlərini bildirib.

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB olaraq illər öncə bunun əlehyinə çıxmışıq. Hətta bizə də bu "medal" lardan təklif olunub, lakin qəbul etməmişik. Belə "medal"ları özmüzə layiq görməmişik. Təltiflərin də dövlət tərəfindən olmasını dəfələrlə bildirmişik. Hamıya məlumdur ki, bu "medallar" şəxsi məqsədlər üçün "təsis" olunur. Əgər Şəhid ailəsinin ailəsi üzvlərinə, qazilərə dəstək olmaq istəyirsənsə, onun problemlərinin həllinə dəstək ol.  Hətta bizim keçirdiymiz tədbirdə bir nəfər ictimai birliyin sədri şəhid anasına "medal" təqdim etmək istəyirdi, mən imkan  vermədim.  Qəlbi kövrək, sinəsi yaralı insanların hissləri ilə oynamayın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
qht.az

1Mənbələr