AZ

Bir həftədə 72 mindən çox əfqan Əfqanıstanı tərk edib

Yazını böyüt
Yazını kiçilt

Avqustun 18-dən 24-dək olan bir həftə ərzində Əfqanıstanı ümumilikdə 72624 nəfər tərk edib və onların əksəriyyəti İran və Pakistana gedib.

Hafta.az-ın Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına istinadən yazdığına görə, bu müddət ərzində Əfqanıstanı tərk edənlərin sayı ölkəyə qayıdanlardan 11 faiz çox olub. Hesabatda həmçinin qeyd olunub ki, həmin müddət ərzində ən azı 64950 Əfqanıstan vətəndaşı İran və Pakistandan vətəninə qayıdıb.

Ümumilikdə Əfqanıstanı tərk edən və ya qayıdanların ümumi sayı əvvəlki həftə ilə müqayisədə 21 faiz artıb.

Əfqanıstanı tərk edənlərin 51 faizi İrana gedib. Bundan əlavə, BMT-nin son hesabatında 11 sentyabr 2023-cü il və 31 iyul 2024-cü il tarixləri arasında təxminən 700 min əfqan miqrantın Pakistandan Əfqanıstana qayıtdığı bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
hafta.az

1Mənbələr