AZ

Banqladeşin keçmiş baş nazirinə 120-dən çox ittiham irəli sürülüb

Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya qarşı irəli sürülən müxtəlif ağır cinayətlərdə ittihamların sayı 120-ni ötüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Banqladeşin “The Daily Observer” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda keçmiş baş nazirə qarşı ölkə üzrə 122 iş, o cümlədən 111 cinayət işi açılıb. İstintaqlar kütləvi etiraz hərəkatı zamanı baş vermiş, etirazçılar, təhlükəsizlik qüvvələri, siyasi liderlər və fəallar arasında toqquşmaların çoxlu insan tələfatı ilə nəticələndiyi hadisələrlə bağlıdır. Şeyx Hasina həmçinin adam oğurluğu, insanlığa qarşı cinayət və soyqırımda ittiham olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
operativmedia.az

1Mənbələr