AZ

Serial 3 gündə 145 milyon dollar qazana bilər

Yazını böyüt
Yazını kiçilt

Devid Zaslav tərəfindən idarə olunan məşhur istehsal və paylama şirkəti “Warner Bros” sentyabrı səbirsizliklə gözləyirdi. Bunun səbəbi bu il studiyanın ən böyük hitlərindən biri olmağa namizəd olan “Beetlejuice Beetlejuice”nin çıxmasıdır.

Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, rejissoru Tim Burton olan və Maykl Kiton başda olmaqla dünyaca məşhur ulduzların rol aldığı filminqlobal gəlirinin 145 milyon dollara çatacağı gözlənilir.

Uinon Rider və Katerin O'Haranın da yer aldığı orijinal heyətə Netflix-in rekord qıran “Wednesday” serialının meqastarı Janna Orteqanın əlavə edilməsi tamaşaçıların bu klassikaya olan iştahını daha da artırdı.

Ehtimal olunur ki, filmin Şimali Amerikadakı ümumi gəliri açılış həftəsində 80 milyon dollara çata bilər. Çünki 1988-ci ildə istehsal edilən ilk “Beetlejuice”, buraxıldığı il dünya üzrə 74,6 milyon dollar qazanıb.

“Beetlejuice Beetlejuice” filminin Şimali Amerikada 4500 kinoteatrda nümayişi gözlənilir. Bu rəqəm 2024-cü il üçün rekorddur.

Sentyabrın 6-da ekranlara çıxacaq filmin dünya premyerası Venesiyada olub. Nüfuzlu festivaldan gələn ilk şərhlər son dərəcə müsbətdir. Fantastik film 66 kino tənqidçisinin rəyləri əsasında “Rotten Tomatoes” icmal saytında 100 baldan 82 bal toplaya bilib.

Pulsuz şərhlərin də tamaşaçıların kinoteatrlara axınına kömək edəcəyi düşünülür.

“Beetlejuice Beetlejuice”, gözlənilməz bir faciədən sonra Uinter Riverdakı evlərinə qayıdan Dits ailəsinin üç nəslini izləyir.

Fantastik filmdə Castin Teru, Monika Belluççi, Villem Dafo və Burn Qorman da rol alıb.

Rejissor Tim Burton Venesiya Film Festivalında “Beetlebug”un mətbuat konfransında deyib ki, o, "davamını pul üçün çəkməyib".

1988-ci ildə çəkilmiş kült filmdən 35 il sonra bir davam filmi çəkmək haqqında danışarkən, Burton dedi: “Davamını çəkməyə başlamazdan əvvəl birincisinə baxmaq üçün belə oturmamışdım!”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
hafta.az

1Mənbələr