AZ

Psixoloq: "Bir insanın sevmədiyiişlə məşğul olması hər cür xəstəliyə gətirib çıxara bilər"

Bəzi psixi xəstəliklər var ki, insanda genetik olur və müəyyən yaş dövründə özünü göstərir. Bəziləri də var ki, sonradan qazanılmış olur. Qazanılmış xəstəliklər təbii fəlakətlərdən, stresə səbəb olacaq hadisələrdən  sonra baş verir. Bundan əlavə uşaqlıq dövründə yaşayan hər hansı bir travma, böyüdükdən sonra valideynlərin düzgün olmayan rəftarı psixi problemlərə, eləcə də psixi xəstəliklərə gətirib çıxardır. 


"Yaşadığımız mühit və genetika istəklərimizin reallaşa bilməməsi, ailələrin dağılması və s. problemlər psixi xəstəlikrə səbəb olur. Ümumiyyətlə, övladların kiçik yaşlarından kim olmaq  istəməsini nəzərə alaraq valideynlər onlara dəstək olmalıdırlar". 

Bu fikirləri "Yeni Azərbaycan" - a açıqlamasında psixoloq Gülnar Oruclu deyib. Onun sözlərinə görə, eyni zamanda bir insanın sevmədiyi bir işlə məşğul olması hər psixi xəstəliyə gətirib çıxara bilər: "Araşdırmalar göstərir ki, xərçəngin yaranma səbəblərindən biri də məhz stresdir. İnsan davamlı stres yaşayırsa, psixi xəstəlik yaranır".

Bəzi insanlar isə güvənsiz yanaşaraq, psixoloqlara müaraciət etməkdən imtina edirlər. G. Oruclu bildirir ki, buna əsas səbəb bir neçə aylıq kurs aldıqdan sonra psixoloq kimi fəaliyyət göstərənlərin sayının artmasıdır: "
Lakin dövlətimizin təşkil etdiyi yerlər var ki, orda kifayət qədər peşəkar psixoloqlar fəaliyyət göstərirlər. Əgər, bir insanda əsəbləşəndə özünü idarə edə bilmirsə və bu an vəziyyəti pisləşirsə psixatora müraciət etməlidir. Eyni zamanda, psixatorla paralel şəkildə psixologa da getməlidir".


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
yeniazerbaycan.com

1Mənbələr