AZ

İsveçin xarici işlər naziri istefa verib

İsveçin

Stokholm, 5 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin xarici işlər naziri Tobias Billström səlahiyyət müddəti başa çatdıqdan sonra istefa verib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat verib, həmçinin siyasətdən kədər və qürur hissi ilə həmişəlik ayrıldığını qeyd edib.

İsveçli nazirin siyasi karyerası 25 il davam edib, onun 10 ili nazir olaraq əvvəlcə Miqrasiya Nazirliyində, sonra isə Xarici İşlər Nazirliyində keçib. O, həmçinin Riksdaqda spiker müavini və fraksiya rəhbəri vəzifələrində çalışıb.

Billström paylaşımında yazıb: “Bu, asan qərar deyildi. Bir müddətdir düşünüb-daşındığım bir qərardır. İrəliyə doğru hərəkət etməyin vaxtıdır”. Amma o, istefanın dəqiq səbəbini göstərməyib.

Baş nazir Ulf Kristersson yeni xarici işlər nazirinin adını gələn həftə - hökumətin yay tətilindən qayıtmasından sonra açıqlayacaq.

Kristersson “Instagram” səhifəsində yazıb: “Tobias Billström İsveç siyasətində heç kimin bacarmadığı bir rəşadətə imza atdı. Bütün İsveç təkcə İsveçin NATO-ya daxil olmasına görə deyil, həm də bir çox məsələlərdə Tobias Billströmə borcludur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
azertag.az

2Mənbələr