AZ

“Qızıl top”a namizədlər açıqlandı – Siyahı


“France Football” jurnalı 2023/24 mövsümünün sonunda ən yaxşı oyunçuya veriləcək “Qızıl top”a namizədlərin adını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, siyahını mükafatın mətbuat xidməti təqdim edib.
Siyahıya 30 oyunçu daxil olub. Bunlar argentinalı Emiliano Martines (İngiltərə, “Aston Villa”), ispan Niko Uilyams (İspaniya, “Atletik”), ingilis Koul Palmer (İngiltərə, “Çelsi”), portuqaliyalı Vitinya (Fransa, “Paris Saint-Germain”), ingilis Harri Keyn (Almaniya, “Bayern”), nigeriyalı Ademola Lukman (İtaliya, “Atalanta”), ukraynalı Artyom Dovbik, alman Mats Hummels (hər ikisi İtaliya, “Roma”), ispanlar Dani Olmo və Lamin Yamal (hər ikisi İspaniya, “Barselona”), türk Hakan Çalhanoğlu, argentinalı Lautaro Martines (hər ikisi İtaliya “İnter”), isveçrəli Qranit Caka, alman Florian Virts, ispan Alexandro Qrimaldo (hamısı Almaniya, “Bayer”), norveçli Martin Edeqor, fransalı Villyam Saliba, ingilislər Bukayo Saka və Deklan Rays (hamısı İngiltərə, “Arsenal”), portuqaliyalı Ruben Diaş, ingilis Fil Foden, norveçli Erlinq Holan, ispan Rodri (hamısı İngiltərə “Mançester Siti”), ingilis Cuj Bellinqem, uruqvaylı Federiko Valverde, braziliyalı Vinisius Junior, alman Antonio Rudiger, fransalı Kilian Mbappe, ispan Daniel Karvaxal (hamısı İspaniya, “Real Madrid”) və Avropa çempionatından sonra təqaüdə çıxan alman Toni Kroos (İspaniya, “Real Madrid”).
Namizədlər arasında argentinalı hücumçu Lionel Messi və portuqaliyalı hücumçu Kriştianu Ronaldo yer almayıb. Argentinalı bu kateqoriyada qələbə sayına görə rekorda sahibdir (8 dəfə), portuqaliyalı isə ikinci yeri tutur (5 dəfə).
Qeyd edək ki, “Qızıl top”u “France Football”un keçmiş baş redaktoru Qabriel Ano təsis edib. Mükafat ilk dəfə 1956-cı ildə ingilis “Blekpul”unun hücumçusu Stenli Metyusa təqdim edilib və mükafatın qalibi futbol jurnalistləri tərəfindən müəyyən edilib.
Əvvəlcə yalnız avropalı futbolçular “Qızıl top”a sahib ola bilərdilər. 1995-ci ildən "Qızıl top" istənilən millətdən olan oyunçuya verilməyə başladı. Yeganə şərt oyunçunun Avropa klubunda oynaması idi. 2007-ci ildən isə artıq istənilən oyunçu kubokun qalibi ola bilər.  
2010-cu ildən 2015-ci ilə qədər mükafatı “France Football” jurnalı Beynəlxalq Futbol Federasiyası (FİFA) ilə birgə verirdi. 2016-cı ildən bəri isə iki mükafat təqdim olunmağa başladı - nəşrin versiyasına görə və FİFA-nın versiyasına görə. 2023-cü ilin noyabrından isə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) da “Qızıl top” mükafatının tərəfdaşı oldu.
Hazırda “Qızıl top”un son sahibi Messidir.
Xatırladaq ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 28-də baş tutacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
yeniavaz.com

1Mənbələr