AZ

Mediasiya Şurası əlaqələrini genişləndirir

Mediasiya Şurası və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb04 sentyabr 2024-cü il tarixində Mediasiya Şurası və Femida Könüllüləri Təşkilatı İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Hüquq təhsilinin və hüquq peşəsinin nüfuzunun yüksəldilməsinin əhəmiyyətini nəzərə alaraq, hüquq tələbələrinin və məzunlarının təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə imzalanan memorandum sayəsində tələbələr ilkin mərhələ olaraq STEP I mərhələsində 3 ay boyunca müxtəlif mediasiya təşkilatlarında, STEP II mərhələsində isə Mediasiya Şurasında könüllülük proqramı çərçivəsində fəaliyyət göstərəcəklər.Memorandum imzalayan Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri Nilgün Məmmədova yaranan əməkdaşlıqdan məmnun olduqlarını, gələcək hədəflərinin və gözləntilərinin yüksək olduğunu bildirib.

ADEX

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
baku.news

1Mənbələr