AZ

Rus turistlər yenə də Türkiyəni seçdilər

Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin yayında rusların xaricə səyahətlərində ciddi artım müşahidə olunur.

Hafta.az-ın RBC qəzetinə istinadən yazdığına görə, mobil operatorlardan əldə edilən məlumatlara əsasən, rusların iyun-avqust ayları arasında xaricə etdiyi səfərlərin sayı əvvəlki ilə nisbətən təxminən 10 faiz artıb. MTS Travel və MegaFon şirkətlərinin məlumatlarını təqdim edən qəzet yazır ki, Rusiyadan xaricə səfərlərin əksəriyyəti Türkiyə, Belarus, Qazaxıstan və Gürcüstan, eləcə də işğal altındakı Abxaziyayadır. Asiya ölkələrinə səfərlərdə də nəzərəçarpacaq artım olub.

Yay aylarında ən çox ziyarət edilən yer yenə Türkiyə oldu. MTS Travel məlumatlarına görə, Türkiyəyə səfərlərin sayı 13 faiz artaraq ümumi beynəlxalq səyahətlərin 27 faizini təşkil edib. MegaFon-un məlumatları da oxşar tendensiyaya işarə edir: rusiyalı turistlərin 22 faizi Türkiyəyə üstünlük verib. Digər tərəfdən, Çin bu il rus turistlər arasında ən çox seçilən ikinci uzaq istiqamət oldu.

Lakin Rusiyanın Asiyaya marağı təkcə Çinlə bağlı deyil. Xüsusilə Vyetnam, Yaponiya, Tailand və Kamboca kimi ölkələrə səyahətlərdə əhəmiyyətli artımlar müşahidə olunur. MegaFon məlumatlarına görə, Vyetnama səfərlər 2,7 dəfə, Yaponiyaya isə 64 faiz artıb. MTS Travel, Vyetnama səfərlərin 3,7 dəfə artdığını bildirdi.

Rusların Avropa ölkələrinə səfərlərində daha təvazökar artım var. MTS Travel şirkətinin məlumatına görə, Avropaya səfərlər keçən illə müqayisədə 3 faiz artıb. Avropanın ən populyar istiqamətləri Almaniya, İtaliya, Fransa, İspaniya və Yunanıstan olub. MegaFon isə rusların Avropaya səyahətlərini 5 faiz artırdığını, Rumıniya, İsveçrə və Estoniyanın isə ən çox artım göstərdiyini bildirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
hafta.az

1Mənbələr