AZ

Zaur Şipilov rəhbər seçildi - FOTOLAR

Zaur Şipilov rəhbər seçildi  - FOTOLAR

Rusiyadakı azərbaycanlı kriminal aləmin yeni rəhbəri seçilib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki,  yeni klanın rəhbəri "qanuni-oğru"  "Zaur Naxçıvanski" ləqəbli Zaur Şipilovdur.

"Bu statusa onun namizədliyini 1 saylı "qanuni oğru" Zaxar Kalaşov (Şakro Molodoy) tam dəstəkləyib", - KİV yazıb. 

Məlumata görə, Şakro Rusiyada Azərbaycan mafiyasının liderini əvəz etmək üçün daha gənc və ağıllı adam lazım olduğunu bildirib və nəticədə “Şakro” Zaur Şipilovun namizədliyini təsdiqləyib. 

Zaur Şipilov 2006-cı ildə Moskvada “qanuni oğru” Hikmət Muxtarov (Hikmət) ilə birlikdə qətlə yetirilən “avtoritet” Bayram Talıbovun oğludur. 

Bildirilir ki, o, azərbaycanlı kriminal avtoritetlər Rövşən Caniyevin ("Rövşən Lənkəranski"), daha sonra isə Nadir Səlifovun ("Lotu Quli*) ölümündən sonra Rusiya Federasiyasında Azərbaycan mafiyasının rəhbəri olub.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1547
29
unikal.az

10Mənbələr