AZ

HƏMAS-dan İsrailə qarşı təxribat – Xarici KİV

Fələstinin HƏMAS radikal hərəkatı İsraili təhrik etmək və onun ictimai rəyini parçalamaq üçün iki girov götürülməsinin videosunu yayıb.

Medianews.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

“Çərşənbə axşamı videonun yayımlanması ilə bağlı xəbər çox yaxşı oxundu. HƏMAS çərşənbə günü iki girovun videogörüntülərini yayıb, hansı ki onların cəsədləri bu həftənin əvvəlində İsrail qüvvələri tərəfindən Qəzza zolağının tunelində aşkar edilən cəsədlər arasında olub. Çərşənbə günü yayımlanan videoda 40 yaşlı Karmel Qat və 32 yaşlı Aleksandr Lobanovun görüntüləri var ”, – nəşr qeyd edir.

Material müəllifləri vurğulayırlar ki, hazırda İsrail Qəzza zolağında atəşkəs məsələsi ilə bağlı beynəlxalq təzyiq altındadır və münaqişənin davam etməsi ilə bağlı cəmiyyətin özündə birlik yoxdur. Onlar əlavə ediblər ki, girov hekayəsi qalan məhbusların həyatından qorxan döyüş əleyhdarlarının mövqeyini gücləndirir.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
medianews.az

2Mənbələr