AZ

Şahruddin, Keyta və Cica niyə “Qarabağ”ın avrokubok siyahısına salınmadı?

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA-ya iştirak ərizəsini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, siyahıda Ağdam klubunun 3 futbolçusunun adı yoxdur. 

Bunlar Şahruddin Məhəmmədəliyev, Hamidu Keyta və Redon Cicadır. 

Maraqlıdır ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq komanda bu oyunçuların adlarını oyunlar üçün qitə futbol qurumuna göndərməyib. 

Əldə etdiyimiz məlumata görə, bu futbolçuların adları UEFA-nın qoyduğu limitə görə siyahıdan çıxarılıb. Belə ki, qitə futbol qurumu yalnız 23 oyunçunun siyahıda yer almasına icazə verir. Limit 23+1-dir. Bu səbəbdən həmin oyunçular kənarda qalmalı olub. Ötən il də “Qarabağ” analoji halla üzləşmişdi. 

Limit səbəbindən Adama Diakabi və Riçard Almeyda siyahıdan kənarda qalmışdı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
qafqazinfo.az

2Mənbələr