AZ

AMB və BMK arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Mərkəzi Bankda Beynəlxalq Maliyyə Korporasiyanın (BMK) Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

"Operativ Media" xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X"də bildirib.

"Görüş çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata keçid üzrə müəyyənləşdirilmiş strateji prioritetləri, zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüsləri və Mərkəzi Bankın dayanıqlı maliyyə üzrə gündəliyindəki mühüm məsələləri müzakirə etdik. Həmçinin görüşdə qurumlar arasında ikitərəfli maraq doğuran məsələləri və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - sədr qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
3
operativmedia.az

4Mənbələr