AZ

Əfqanıstan və Pakistan sərhədində atışma

Pakistan ordusunun Əfqanıstanda hakimiyyətdə olanTaliban hərəkatının qüvvələrinə atəş açmasından sonra Əfqanıstan və Pakistan arasında mübahisəli sərhəd bölgəsində silahlı toqquşmalar başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əfqanıstanın TOLOnews telekanalı Talibanın Müdafiə Nazirliyinin nümayəndəsi İnayətullah Xarəzmiyə istinadən məlumat yayıb.

Məlumata görə, Pakistan qoşunları Xost vilayətində sərhəd zastavasının tikintisi ilə məşğul olan Taliban tərəfindən yaradılmış sərhəd qüvvələrinə atəş açıb. Xarəzmi qeyd edib ki, Taliban cavab atəşi açıb.

Daha əvvəl TOLOnews telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Xost vilayətində Taliban və Pakistan hərbçiləri arasında yüngül və ağır silahlardan istifadə etməklə toqquşmalar başlayıb.
Onların məlumatına görə, döyüşə səbəb mübahisəli sərhəd bölgəsində Əfqanıstan tərəfinin postlar tikməsi olub. Daha sonra telekanal toqquşmaların bitdiyini bildirib.

Ölən və yaralılar barədə məlumat verilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
19
ucnoqta.az

10Mənbələr