AZ

ABŞ Simonyanı “qara siyahı”ya saldı

ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru və Kremlin ən çirkin təbliğatçılarından biri olan Marqarita Simonyana, eləcə də onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da “qara siyahı”ya düşüb.

ABŞ tərəfinin yaydığı məlumatda deyilir ki, RT rəhbərliyi saxta xəbərlər və dezinformasiya yaymaqla yanaşı, ABŞ-dəki prezident seçkilərinə təsir etmək məqsədilə Amerika rəsmilərini əməkdaşlığa cəlb etməyə çalışıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
41
azpolitika.info

10Mənbələr