AZ

Gənclər COP29-a Hazırlıq: Hidrometeorologiya Xidməti və Hirkan Milli Parkına səfər

“İqlim Fəaliyyəti üçün Gənclərin Bacarıqlarının Yaradılması: COP29-a gedən yol" adlı tədbir çərçivəsində Qoşulmama Hərəkatının Gənclər Təşkilatının nümayəndələri Milli Hidrometeorologiya Xidmətinin fəaliyyəti ilə əyani olaraq tanış olublar.

Fins.az xəbər verir ki, ilkin olaraq tədbir iştirakçılarına Hidrometeorologiya muzeyində yer alan ölkəmizin milli hidrometeorologiyasının tarixini əks etdirən eksponatlar, ölçü cihazları, avadanlıqlar, fotoşəkillər barəsində məlumat verilib.

Daha sonra Situasiya Mərkəzində qonaqlara hidrometeoroloji müşahidələrin təşkili, məlumatların qəbulu, emalı, vizuallaşması, o cümlədən əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub. Xarici nümayəndələrə Erkən Xəbərdarlıq Sisteminin konsepsiyası barədə məlumat verilərək, onun insanların həyat və fəaliyyəti üçün yarada biləcək risklərin minimuma endirilməsində vacibliyi qeyd olunub.

Eyni zamanda qonaqlar Hirkan Milli Parkına səfər edərək Hirkan meşələrinin füsunkar təbiəti ilə tanış olub, parkın fauna və florası barədə məlumatlanıblar.

Zemfira Ms
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
fins.az

2Mənbələr