AZ

Qvardiola onu “Mançester Siti”də görmək istəyir

Lissabon “Sportinq”ində çıxış edən müdafiəçi Osman Diomande İngiltərə çempionatına keçə bilər.Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Siti” 20 yaşlı futbolçunu transfer etmək istəyir.“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Fil Dişi Sahilindən olan müdafiəçinin transferi ilə şəxsən maraqlanır. Onun transfer dəyəri 40 milyon avro qiymətləndirilir və “Sportinq”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir.Diomande Portuqaliya çempionatının cari mövsümündə 4 oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
komanda.az

1Mənbələr