AZ

Akayev eks-prezident statusunun bərpası üçün Qırğızıstan parlamentinə müraciət etdi

Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev eks-prezident statusunun bərpa olunmasını xahiş edib.

 

Sfera.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı parlamentə müvafiq məktub daxil olub.

 

Parlamentin Konstitusiya qanunvericiliyi, dövlət quruculuğu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsinin rəhbəri Çolpon Sultanbekova bildirib ki, Ə.Akayevin adından parlament sədrinə ünvanlanmış məktub iyulun 30-da daxil olub.

 

“Bu, vaxt tələb edən prosesdir. Bütün fraksiyalar və deputatlarla məsləhətləşmələr aparılmalıdır. Məqsədəuyğun olduğu halda bu məsələ gündəliyə daxil ediləcək və qərar veriləcək”, - Ç.Sultanbekova bildirib.

 

KİV-in məlumatına görə, "Zanbaq inqilabı"ndan (2005) demək olar ki, dərhal sonra parlament Ə.Akayevi “birinci prezident” statusundan məhrum edib. 2010-cu ilin aprel inqilabından sonra isə müvəqqəti hökumətin qərarı ilə o, “keçmiş prezident” statusundan da məhrum edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
sfera.az

1Mənbələr