AZ

“Samsung” ekranı 360° fırlanan noutbuk təqdim edib

Koreyanın “Samsung” şirkəti 360° fırlanan ekranla təchiz edilmiş “Galaxy Book5 Pro 360” noutbukunu təqdim edib. Cihaz 2024-cü ilin sentyabrında ABŞ, Kanada, Fransa, Almaniya və Böyük Britaniyada satışa çıxarılacaq, qiymət hələ açıqlanmayıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Noutbuk yeni “Lunar Lake” seriyasının prosessorlarını alıb – “Intel Core Ultra 5” və “Core Ultra 7”. Qurğu 2880×1800 təsvir ölçüsünə və 120 Hz yeniləmə tezliyinə malik 16 düymlük AMOLED sensor ekran, 16 GB əməli yaddaşla təchiz olunub. Məlumata görə, daxili yaddaş konfiqurasiyadan asılı olaraq 512 GB və ya 1 TB təşkil edir.

“Galaxy Book5 Pro 360” 2 MP kameraya, həmçinin “Dolby Atmos” texnologiyasını dəstəkləyən mikrofona və dörd dinamikə malikdir. Noutbuk “S Pen” qələmini dəstəkəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
banker.az

10Mənbələr