Bu gün Millətlər Liqasına start verilir. 

Offsideplus.az xəbər verir ki, yığmamız da görüşə çıxacaq. Fernandu Santuşun komandasının ilk sınağı İsveçə qarşı olacaq. 

C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniya ilə münasibətlərə aydınlıq gətirəcək.

Millətlər Liqası

5 sentyabr

Azərbaycan - İsveç

Baş hakim: Balazs Berke

Baş hakimin köməkçiləri: Vencel Toth, Balazs Szert

Dördüncü hakim: Csaba Pinter

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00