AZ

Rayon rəhbərinin sədrliyi ilə növbəti aparat müşavirəsi keçirilib - FOTO

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyiilə keçirilən müşavirədə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov,rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəssisə,təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirakediblər.Müşavirədə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planınınicrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyintələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaşməmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem vəsosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirləringörülməsi, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasınaköməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarınınsığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiştapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayonərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılanmövsümi işlər, pambıqın becərilməsi, əkin sahələrinin suvarma suyu ilətəminatı, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində,yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələlərimüzakirə olunub.Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyətiqrumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.Dia-az.İnfo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
dia-az.info

1Mənbələr