AZ

"France Football" ilin ən yaxşılarına namizədləri açıqladı: Nə Messi var, nə Ronaldu...

"France Football" 2023-24 mövsümü üzrə kişi futbolunda "Qızıl top", ilin ən yaxşı baş məşqçisi, ilin ən yaxşı komandası, ilin ən yaxşı qapıçısı, qadın futbolunda "Qızıl Top", ilin klubu mükafatına namizədləri açıqlayıb.Oxu.Az xəbər verir ki, "France Football" öz saytında bununla bağlı siyahı dərc edib.Maraqlıdır ki, 2003-cü ildən bəri ilk dəfə Kriştianu Ronaldu ("Ən-Nəsr", Portuqaliya millisi) və Lionel Messi ("İnter Mayami", Argentina millisi) ən yaxşı namizədlər arasında deyillər.Kişi futbolunda "Qızıl top"a iddialıların siyahısına aşağıda adıçəkilənlər daxildirlər:Cud Bellinhem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı "Real Madrid"), Ruben Diaş, Erlin Holann, Filip Foden, Rodri (hamısı "Mançester Siti") , Emiliano Martines ("Aston Villa"), Niko Uilyams ("Atletik"), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı "Bayer 04"), Artem Dovbik ("Jirona"/"Roma"), Mats Hummels (Dortmund "Borussiya"sı/"Roma"), Dani Olmo ("Leypsiq"/"Barselona"), Lamin Yamal ("Barselona"), Harri Keyn ("Bavariya"), Vitinya (PSJ), Koul Palmer ("Çelsi"), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı "Arsenal"), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi "İnter"), Ademola Lokman ("Atalanta").Kişi futbolunda ilin ən baş məşqçisi mükafatına namizədlər:Xabi Alonso ("Bayer");Karlo Ançelotti ("Real");Luis de la Fuente (İspaniya millisi);Can Pyero Qasperini ("Atalanta");Xosep Qvardiola ("Mançester Siti");Lionel Skaloni (Argentina millisi).2023-24 mövsümü üzrə kişi futbolunda ilin komandası mükafatına namizədlər:"Borussiya" Dortmund (Almaniya);"Jirona" (İspaniya);"Bayer" Leverkuzen (Almaniya);"Real", Madrid (İspaniya);"Mançester Siti" (İngiltərə).Ən yaxşı qapıçısı mükafatına namizədlər:Dioqu Koşta (Portuqaliya, "Portu");Canluici Donnarumma (İtaliya, PSJ);Qreqor Kobel (İsveçrə, "Borussia", Dortmund);Andrey Lunin (Ukrayna, "Real", Madrid);Mayk Menyan (Fransa, "Milan");Georgi Mamardaşvili (Gürcüstan, "Valensiya");Emiliano Martines (Argentina, "Aston Villa");Unai Simon (İspaniya, "Atletik", Bilbao);Yan Zommer (İsveçrə, "İnter"),Ronven Uilyams (CAR, "Mamelodi Sandauns").2023-24 mövsümü üzrə qadın futbolunda "Qızıl Top" mükafatına namizədlər:Barba Banda, Aytana Bonmati, Lüsi Bronz, Mariona Kaldenti, Tabita Çavinqa, Qreys Qeyoro, Manuela Quqliano, Karolin Qreham Hansen, Patrisiya Qucarro, Quliya Qvinn, Yu Haseqava, Ada Hecerberq, Loren Hemp, Lindsi Horan, Loren Ceyms, Meri-Antuanetta Katoto, Alisa Neer, Syok Nusken, Eva Pacor, Salma Paralluelo, Qebi Portilyo, Aleksiya Putellas, Mayra Ramires, Triniti Rodman, Li Şüller, Xadica Şou, Sofiya Smit, Melori Suenson, Tarsin, Qlodis Viqqosdottir.2023-24 mövsümü üzrə qadın futbolunda ilin klubu mükafatına namizədlər:Barselona;Çelsi;"Nyu-Cersi/Nyu-York Qotem";"Lion";PSJ.
 

Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
dunyapress.info

1Mənbələr