AZ

"Amazon"un qurucusu yeni təyyarəALDI

Yarım milyard dollarlıq "Koru" yelkənli gəmisindən sonra "Amazon"un qurucusu Ceff Bezos kolleksiyasındakı dördüncü nəqliyyat vasitəsini alıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

"Rolls-Royce" mühərrikləri sayəsində "Gulfstream G700" dünyanın ən sürətli şəxsi təyyarələrindən biridir. İçərisində beş yataq otağı, hamamı, həmçinin böyük mətbəxi var. Təyyarə ümumilikdə 19 uçuşu qəbul edə bilir. "Gulfstream G700"ün maksimal uçuş məsafəsi 14 milyon kilometrdir.

Bezos əvvəlki "Gulfstream G650" modelinə bənzər iki təyyarəyə, eləcə də  "İsveç Pilatus PC-24"ə malikdir. Ekspertlər milyarderin aviasiya kolleksiyasının ümumi dəyərini 200 milyon dollar dəyərində qiymətləndirirlər.

"Gulfstream G700" bazarda yenilikdir və bütün dünyada milyarderlər onu əldə etməyə çalışırlar. Hesablamalara görə, 2024-cü ilin iyulundan bəri "Gulfstream G700"ün digər bir sahibi amerikalı milyarder İlon Maskdır.

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
redaktor.az

1Mənbələr