AZ

Qəzzada atəşkəs razılaşmasının 90 faizi tamamlanıb

ABŞ administrasiyası Qəzzada atəşkəs razılaşmasının 90 faizinin mahiyyətcə tamamlandığını bildirən açıqlama yayıb.

Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, tərəflər arasında  əsirlərin mübadiləsi və Filadelfiya dəhlizi ilə bağlı danışıqların davam etdiyi bildirib.

Qeyd edilib ki, müqavilə mətnində 18 fəsil var, bunlardan 14-ü başa düşülür və əvvəlki mətnlə eynidir. Həmçinin, bildirilib ki, 1 fəsil texniki detallardan, qalan 3 fəsildə isə Fələstinli əsir və məhbusların mübadilələri ilə bağlı təfərrüatlardan ibarətdir

ABŞ rəsmisi tərəfindən diqqətə çatıdırılıb ki,  əsir mübadiləsi ilə bağlı müzakirə ediləcək mövzular var:

"Razılaşmanın 90 faizi hazırdır. Məhkumların dəyişdirilməsi bu razılaşmanın əsas komponentidir və hazırda danışıqlar aparılır, lakin HƏMAS bu prosesə cəlb edilməlidir, əks halda biz irəli gedə bilmərik".

Əli Hüseynov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
bakivaxti.az

1Mənbələr