AZ

Səid Nəcəfzadə “bürünc”ü “qızıl”a çevirdi

T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda Paris Yay Paralimpiya Oyunlarının qalibi olan Səid Nəcəfzadə jurnalistlərə açıqlama verib.

O, Paralimpiya Oyunlarında 2-ci dəfə işti­rak etdiyini, budəfəki yarışlarda qələbəyə kök­ləndiyini qeyd edib:

– Üç il əvvəl “Tokio-2020”də bürünc me­dal qazanmışdım. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazır­laşmağa sövq etdi. Yalnız qələbəyə köklənmiş­dim. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionatında qızıl medal qazanmış­dım. Favoritlər arasında olduğum üçün çox həyəcan keçirirdim. Sevinirəm ki, qızıl medalı əldə etməyi bacardım. Paralimpiya çempionu olduğum üçün qürur hissi keçirirəm. 

İdmançı sosial şəbəkələrdə xalqımızdan dəstək gördüyünü deyib:

– Cənab Prezident İlham Əliyevə və Birin­ci vitse-prezident Mehriban xanım Əliyevaya idmana və paralimpiyaya diqqətlərinə görə minnətdarlığımı bildirmək istəyirəm. Məşq­çimə, üzvü olduğum “Neftçi” İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bu yolda bizə dəstək olduqları üçün minnətdaram. 

L.QURBANOVA
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
xalqqazeti.az

1Mənbələr