AZ

Toni Kroos Almaniya yığmasının azarkeşlərinə müraciət etdi

Almaniya yığmasının və “Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos bundestiin azarkeşlərinə xahişlə müraciət edib.

Arena.az “Kicker” nəşrinə istinadən, sabiq alman futbolçunun müraciətini təqdim edir:

“Son oyunum bir neçə gün əvvələ bənzəyir. Düşünürəm ki, son üç ayda son bir neçə ildə əskik olan bir məqama nail olduq və bu, azarkeşləri ruhlandıran komandaya sahib olmaqdır. Komandanı ərsəyə gətirmiş bir neçə oyunçu artıq orada deyil – bu, yeni oyunçular üçün bir fürsətdir.

İnsanlardan milli komandaya dəstək olmalarını və bunun tərəfdarı olmalarını xahiş edirəm. Mən yığmada oynayan oğlanları həm bir futbolçu kimi tanıyıram, həm də bir insan kimi. Düşünürəm ki, onlar dəstəklənməyə layiqdirlər. Biz Avropa çempionatında gördük ki, oyunçular şübhə edilməkdən daha çox arxalarında bütün ölkə dayananda özlərini daha yaxşı hiss edirlər”, deyə Kroos bildirib.

Xatırladaq ki, Kroosun peşəkar futbolçu karyerasında son oyunu 2024-cü ildə Almaniyada keçirilmiş Avropa çempionatına təsadüf edib. Yarışın 1/4 finalında Almaniya yığması İspaniya yığması ilə qarşılaşıb, bundesteam əvavə vaxtda 1:2 hesabı ilə məğlub olub (əsas vaxt 1:1).

Toni Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 114 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub.

Almaniya yığmasını qarşıda UEFA Millətlər Liqası çərçivəsində Macarıstanla ev (7 sentyabr) və Niderlandla səfər (10 sentyabr) oyunları gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
arena.az

1Mənbələr