AZ

Azərbaycan və Özbəkistan avtomobillərin yığılması üzrə layihə hazırlayır (Özəl)

Bakı. Trend:

Azərbaycanın "Azermash" şirkəti və Özbəkistan arasında "Cobalt"avtomobillərinin CKD (Complete Knock Down) texnologiyası iləyığılmasının təşkili üzrə layihə üzərində iş gedir.

Trend bubarədə məlumatlı mənbəyə istinadən xəbər verir.

İstehsalın həcmi illik 15,000 avtomobil nəzərdə tutulur vəlayihənin 2025-ci ildən başlanması planlaşdırılır.

Bu əməkdaşlıq çərçivəsində, həmçinin, Hacıqabul şəhərində"Tracker" və "Onix" modellərinin istehsalı davam etdirilir.Özbəkistanda illik avtomobil istehsalı 500,000-dən çoxdur. Ölkəniniri istehsalçıları arasında "UzAuto Motors", "MAN Auto Uzbekistan","SamAuto", "ADM Jizzakh" kimi şirkətlər var. Eyni zamanda, "BYD"markalı elektrikli avtomobillərin istehsalı da həyatakeçirilir.

Azərbaycanın Gəncə və Naxçıvan şəhərlərində isə "Azermash" və"AzSamand" kommersiya və yük avtomobilləri istehsal edən irimaşınqayırma müəssisələri fəaliyyət göstərir.

22 avqust tarixində Daşkənddə keçirilmiş Özbəkistan-Azərbaycanbiznes-forumunda 2 milyard ABŞ dolları dəyərində layihə portfelitəsdiqlənib.

Bundan başqa, avqustun 23-də Prezident İlham Əliyevin Daşkənddəsəfəri çərçivəsində dövlət başçılarının iki ölkənin işgüzaradamları ilə görüşü baş tutub. Görüşün yekunlarına əsasən,istifadəyə verilməsi üçün ümumi dəyəri 520 milyon dollar olan 7layihə hazırlanıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
5
az.trend.az

6Mənbələr