AZ

“Xarici dövlətlərin Ukraynadakı münaqişədə birbaşa iştirakı göz qabağındadır” - Peskov

“Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zonasında döyüş əməliyyatları aparan əcnəbi təlimatçılara qarşı mübarizədə getdikcə daha effektiv olur”. 

Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində “İzvestiya”ya müsahibəsində deyib.

“Xarici dövlətlərin münaqişədə birbaşa iştirakı göz qabağındadır. Ordumuz bu cür hədəflərə zərbə endirməkdə daha effektivdir”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, təlimatçılara qarşı getdikcə daha effektiv zərbələr endirilməsi xüsusi hərbi əməliyyatın təşviqi və ölkə rəhbərliyinin qarşıya qoyduğu məqsədlərə nail olunması baxımından yaxşıdır.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
missiya.az

1Mənbələr