AZ

Yarbay

90-cı illərin ortaları idi.

Müdafiə nazirimiz rəsmi səfərlə Ankaraya gəlmişdi.

Türkiyənin Müdafiə naziri onun şərəfinə şam yeməyi verirdi.

Bizim heyətdə bir polkovnik-leytenant (iki ulduz) var idi.

Ona rütbəsi ilə hər müraciət edildiyində türk zabitləri təbəssüm edirdilər.

Yemək bitdikdən sonra nazirimizə dedim ki, bu uzunluqda rütbəmi olar:

“Önünə “cənab”ı da əlavə edəndə görün nə qədər uzun olur. Tələffüz edib qutarana qədər düşmən başımızın üstünü alar ki. Cənab polkovnik-leytenant yaxşı da səslənmir axı”.

Xeyli gülmüşdü general-polkovnik (türklərdə korgeneral) rütbəli nazirimiz. Ertəsi gün dedi ki, tapşırıq vermişəm, nəzərə alacaqlar…

30 ilə yaxın vaxt keçib.

Əndrəbadi səslənən rütbələr hələ də dəyişməyib.

Yəqin ki, bir gün nəzərə alarlar…

Bir dəfə yazmışdım, yenə təkrar edim:

Teymen leytenantdan;

Yüzbaşı kapıtandan;

Minbaşı mayordan;

Yarbay polkovnik-leytenantdan;

Albay polkovnikdən

min dəfə yaxşı deyilmi?


***

Dəniz qüvvələrindəki rütbələr isə tam bir faciədir. Məsələn, miçman, belə də rütbəmi olar? Və ya dörd pillə leytenant – kiçiyi, sadəsi, başı və kapıtanı.

Türk ordusunda Quru Qüvvələri ilə Dəniz qüvvələrindəki rütbələr eynidir, sadəcə Qurudakı general, Dənizdə admiraldır (amiral).

Müstəqilliyin ilk illərində milli düşüncəli zabitlərimiz az olduğundan götürüb şimal qonşumuzdan kopyalayıblar, həm də ağına-bozuna baxmadan…

***

Paşa deyəndə ürəyim atlanır – Enver Paşa ilə Nuri Paşa gəlir ağlıma…

Hələ bir də Er var, Mehmetçik var.

Onlar zatən əfsanə sözlərdir.

Qırmızı rəngdədir bu adlar, al qan rəngində…

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
modern.az

1Mənbələr