AZ

Dünya çempionatı: 2 güləşçimiz mübarizəyə başlayır

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 4-cü günündə qadın güləşçilərin mübarizəsi davam edəcək.

Azərbaycanın 2 pəhləvanı 1/8 final mərhələsində mübarizəyə başlayacaq.

U-20 dünya çempionatı
Qadın güləşi
1/8 final
5️3 kq

Əsmər Cankurtaranın ilk mərhələdə rəqibi Sofiia Marçenko (Ukrayna) – Hava Konca (Türkiyə) cütünün qalibi olacaq.

62 kq
Günay Qurbanova ilk görüşündə Kandelo Kastro (İspaniya) – Annatina Kendra (İsveçrə) görüşünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
idman.biz

2Mənbələr