AZ

TƏCİLİ! Belarusda Rusiya dronlarını VURDU - VİDEO

Sentyabrın 5-nə keçən gecə Belarusun Qomel şəhərində partlayış səsləri eşidilib. Yerli sakinlər hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın “Şahed” dronunu vurduğunu iddia edirlər.

Musavat.com xəbər verir ki, bu barədə “Belarusski Qayun” monitorinq qrupu və Rusiya KİV-i məlumat yayıb.

Sakinlərin sözlərinə görə, partlayışlar təxminən saat 1:30 radələrində Qomel şəhəri üzərində baş verib. Ən azı iki güclü partlayış səsi eşidilib, bundan sonra vurulan pilotsuz təyyarələ yerə düşüb.

Hücumun zərəri və nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, dünən, sentyabrın 4-də Belarus ordusu Ukrayna sərhədindən cəmi 12 kilometr aralıda yerləşən Stolin şəhərində təlim keçib. Şəhərdə hərbi texnika, həmçinin Belarus ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri görünüb.

Avqustun 18-də isə Aleksandr Lukaşenko bildirib ki, Belarus ordusunun demək olar ki, üçdə birini Ukrayna ilə sərhədə köçürüb. Orada 120 mindən çox ukraynalı hərbçinin olduğu güman edilir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
musavat.com

1Mənbələr