AZ

ABŞ- da seçkini pozmaq üçün Rudiyadan 10 milyon dollar aldılar- Marqarita Simonyan yeni qalmaqalda....

Image

ABŞ növbəti dəfə Rusiya əleyhinə sanksiyaya əl atıb. Bu dəfə media qurumlarına qarşı. Belə ki, çərşənbə günü ABŞ-ın üç departamenti Rusiyanın dövlət media konserni RT-nin rəhbərliyini, o cümlədən Marqarita Simonyanı, həmçinin FSB-yə bağlı hakerləri dezinformasiya yolu ilə ABŞ prezident seçkilərinin nəticələrinə təsir göstərmək cəhdlərində ittiham edib. 

Dövlət Departamenti RT-ni və onun beş törəmə qurumunu Xarici Agentlər Qanununa tabe olan xarici nümayəndəliklər siyahısına daxil edib və Xəzinədarlıq Departamenti RT rəhbəri Marqarit Simonyan və onun müavinləri də daxil olmaqla on nəfərə, həmçinin iki firmaya qarşı sanksiyalar tətbiq edib. Ədliyyə Departamentinin rəhbəri Merrik Qarland RT-nin əməkdaşları olan 31 yaşlı Konstantin Kalaşnikov və 27 yaşlı Yelena Afanasyevaya qarşı çirkli pulların yuyulması və xarici agentin qeydiyyatı qanunlarına əsasən ittiham olunduğunu açıqlayıb.

M.Qarlandın dediyinə görə, onlar Tennessi ştatındakı bir şirkətə Rusiya hakimiyyətinə lazım olan məlumatları ehtiva edən sosial mediaya təsir edənlər vasitəsilə məzmun yaratmaq və yaymaq üçün 10 milyon dollar pul ödəyiblər.

ABŞ Maliyyə Nazirliyi də bu barədə bəyanat yayıb. SİTAT: “Rusiya dövləti tərəfindən dəstəklənən qurumlar ABŞ-ın seçki proseslərinə və təsisatlarına etimadı sarsıtmağa cəhd etmək üçün uzun müddətdir ki, süni intellekt tərəfindən yaradılan dərin saxtakarlıqlar və dezinformasiya kimi geniş alətlərdən istifadə ediblər. 2024-cü ilin əvvəlindən RT-nin yüksək vəzifəli işçiləri daha iyrənc fəaliyyətə başlayıblar”, – ABŞ Maliyyə Nazirliyinin yeni sanksiyalarla bağlı bəyanatında belə deyilir.

Mətləb Salahov





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
baki-xeber.com

1Mənbələr