AZ

Millətlər Liqası: Yığmamız ilk sınağına çıxır - YENİLƏNİR

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komanda tsiklə Bakıda başlayacaq.

İlk oyunda yığmamısın rəqibi İsveç olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək. “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edəcək.

C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniyanın qonağı olacaq. Bu oyun saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq. İsveç isə evdə Estoniyanı sınağa çəkəcək.

Azərbaycan millisi UEFA Millətlər Liqasında 2024-25 mövsümünə start verir. Matc.az xəbər verir ki, yığmamız bu gün ilk oyununa çıxacaq.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci tur
5 sentyabr

20:00. Azərbaycan - İsveç
Hakimlər: Balaş Berkey, Vensel Tot, Balaş Şert, Ksaba Pinter (hamısı Macarıstan).
Hakim-inspektor Levan Paniaşvili (Gürcüstan).
UEFA nümayəndəsi: Mixalis Mitas (Kipr).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
24
fanat.az

10Mənbələr