AZ

Bahalı avtomobillərin sahibləri şəhərin mərkəzində qaydaları pozdu - 99-RS-907 - 10-YY-202 - FOTO

Paytaxtda sürücülər kobud qayda pozuntularına yol verməyə davam edir.

Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu Bəsti Bağırova küçəsində 99-RS-907 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada keçidinin - "zebra"nın üzərində saxlamaqla hərəkətə maneə yaradıb.

Digər qayda pozuntusunda isə 10-YY-202 qeydiyyat nişanlı "Mercedes-GLS" markalı avtomobilin idarəçisi maşını parklanmaya görə ödənişdən yayınmaq üçün yolun ikinci zolağında saxlayıb və hərəkətin digər iştirakçılarına maneə olub. 

Sürücülərin bu cür davranışı ərazidən istifadə edən piyadaların və digər nəqliyyat istifadəçilərinin narazılığına səbəb olub. 

Könül Rauf

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
9
avtosfer.az

8Mənbələr