"Qalatasaray" PSJ, "Çelsi", "Liverpul" və "Real Madrid" klublarına göndərməli video paylaşıb.

Offsideplus.az xəbər verir ki, "Cim-Bom" Viktor Osimhenin təqdimat videosunda maskalı festival detallarından istifadə edib. Maska geyinən və Osimhenlə maraqlanan qadınların geyimində isə adıçəkilən klubların rənglərində lələklərdən istifadə olunub. Bununla da klub Osimheni transfer edə bilməyən Avropa nəhənglərinə söz atıb.

Videonu təqdim edirik: