AZ

Sığorta ödənişinin verilməsi ilə bağlı TƏLƏBLƏR

Sığorta ödənişinin verilməsi ilə bağlı tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Sığorta müqaviləsində bu Qaydaya uyğun olaraq sabit sığorta məbləğinin müəyyən edildiyi halda sığorta ödənişi aşağıdakı kimi həyata keçirilir:

– sığortalı öldükdə sığorta məbləğinin 100 (bir yüz) faizi həcmində;

– sığortalının əmək qabiliyyətini itirdiyi halında sığorta məbləğinin sığortalıya təyin olunan orqanizmin funksiyalarının pozulması faizi həcmində.

Sığorta müqaviləsində azalan sığorta məbləğinin nəzərdə tutulduğu halda sığorta ödənişi aşağıdakı kimi həyata keçirilir:

– sığortalı öldüyü halda qalıq borc məbləğində;

– sığortalı əmək qabiliyyətini itirdiyi halda:

– sığortalıya müddətsiz əlillik təyin olunduqda qalıq borc məbləğinin ona təyin olunan orqanizmin funksiyalarının pozulması faizi həcmində;

– sığortalıya müddətli əlillik təyin olunduqda, kreditin ödəniş qrafikinə uyğun olaraq əlillik müddətində ödənilməli borc məbləğinin sığortalının orqanizminin funksiyalarının pozulması faizi həcmində. Bu halda, sığorta ödənişi kreditin ödəniş qrafikində müəyyən edilmiş dövriliklə ödənilir. Ümumi sığorta ödənişinin məbləği əlillik təyin olunan tarixdə mövcud olan qalıq borc məbləğinin sığortalıya təyin olunan orqanizmin funksiyalarının pozulması faizi ilə ifadə olunan məbləğini aşmamalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
heftelik.az

1Mənbələr