AZ

“Bu, komandaya uyğunlaşmamı çox asanlaşdırır” – Olmo

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo Kataloniya klubuna uyğunlaşmasından danışıb.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, adaptasiyasının sürətli getdiyini söyləyib: “Mənim uyğunlaşmam? Baş məşqçi məni “Leyptsiq” və İspaniya millisində oynadığım mövqedə görür. Artıq Pedri və Lamin Yamal kimi oyunçularla əlaqələrim var. Bu, komandaya uyğunlaşmamı çox asanlaşdırır. Buna görə də, mənim adaptasiyam sürətlə gedir”.“Barselona” 26 yaşlı futbolçunu bu ilin yayında “Leyptsiq”dən 55 milyon avroya alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
komanda.az

1Mənbələr