AZ

Hakan Fidan Şimali Makedoniyaya gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Şimali Makedoniyaya rəsmi səfər edəcək.

“İki sahil”in məlumatına görə, səfər çərçivəsində Türkiyə-Şimali Makedoniya münasibətləri bütün ölçüləri ilə müzakirə ediləcək.

Səfər çərçivəsində H.Fidan baş nazir Hristijan Mikoski, parlament sədri Afrim Qaşi və həmkarı Timko Mucunski ilə görüşəcək.

“TRT Haber”in yazdığına görə, Ankara ilə Skopye arasındakı əlaqələr bütün aspektlərdə qiymətləndiriləcək, təhlükəsizlik məsələləri, xüsusilə FETÖ ilə mübarizə müzakirə olunacaq, Şimali Makedoniyadakı türk icması ilə bağlı məsələlər də gündəmdə olacaq.

Qeyd edilib ki, Hakan Fidanın səfəri zamanı iqtisadi əlaqələrin gücləndirilməsi və tikinti, enerji və infrastruktur kimi müxtəlif sektorlarda əməkdaşlıq məsələsi də müzakirə olunacaq. Ortaq tarixi, insani və mədəni əlaqələrin mövcud olduğu Türkiyə ilə Şimali Makedoniya arasında ticarət həcmi 1 milyard dollar səviyyəsindədir.

Şimali Makedoniyanın 7-ci ən böyük ticarət tərəfdaşı olan Türkiyə ilə bu rəqəmin 2 milyard dollara çatdırılması hədəflənir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
ikisahil.az

2Mənbələr