AZ

Məşhur musiqiçi insult keçirib

Əfsanəvi "Queen" qrupunun 77 yaşlı gitaraçısı Brayan Mey insult keçirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində məlumat yayıb.

O, təxminən 7 gün əvvəl kiçik insult keçirdiyini və bir müddət əlindən istifadə edə bilmədiyini qeyd edib:

"İndi yaxşıyam. Həkimlərin tövsiyələrinə əməl edirəm, yəni demək olar ki, heç nə etmirəm. Mən çölə çıxa, maşın sürə, təyyarəyə minə bilmirəm. Ürək döyüntülərimi çox artırmaq olmaz".

Qeyd edək ki, Brayan Mey "Keep Yourself Alive", "The Song Yourself", "We Will Rock You", "The Show Must Go On" və "Who Wants to Live Forever" daxil olmaqla əllidən çox "Queen" qrupunun hitlərini yazıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
milli.az

1Mənbələr