AZ

Gürcüstanda müxalif deputat saxlanıldı

Gürcüstanın böyük müxalifət partiyası "Vahid Milli Hərəkat"dan olan Tiflis sakrebulo (şəhər məclisi) deputatı İrakli Edzqveradze evinin yaxınlığında istintaq aparan polisin işinə mane olduğu üçün saxlanılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Hadisə paytaxt ətrafındakı Qldani yaşayış massivində çoxmərtəbəli binanın yaxınlığında baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Edzqveradze polisin işinə müdaxilə edib.

"Vahid Milli Hərəkat" isə hüquq-mühafizə orqanlarının Sakrebulo deputatına hücum etdiyini iddia edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
milli.az

1Mənbələr