AZ

"Hyundai" mühəndislərindən avtomobil sənayesində inqilabi yenilik: Təkərlər formasını dəyişə biləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Koreya avtomobil nəhəngi "Hyundai" avtomobil sənayesində inqilab edə biləcək innovativ texnologiyaya patent alıb. Söhbət hərəkət zamanı formasını dəyişə bilən və eyni zamanda iki mühüm problemi - aerodinamikanın yaxşılaşdırılması və əyləclərin soyudulmasını həll edən təkərlərdən gedir.
Oxu.Az-ın məlumatına görə, bu barədə carnews.ru patent sənədlərinə istinadla xəbər verib.
Bildirilib ki, havaya qarşı müqavimətin təxminən 25%-i məhz avtomobilin təkərlərindən yaranır. Bu problemi həll etmək üçün "Hyundai" mühəndisləri xüsusi aerodinamik qapaqlardan istifadə edərək unikal sistem hazırlayıblar: əyləclər qızanda qapaqlar açılır və daha yaxşı soyutma təmin edir, soyuduqda isə bağlanır və təkərin axıcılığını yaxşılaşdırır.
Yeni texnologiyanın əsas xüsusiyyəti sadəlik və qənaətcillikdir. Qapaqları hərəkətə gətirən yay mexanizmi əyləclərdən alınan istilik hesabına işləyir. Bu, çoxlu sensor və əlavə elektrik mühərrikindən istifadə etmək zərurətini aradan qaldırır və beləliklə, avtomobilin çəkisini artırmır.
"Hyundai" şirkətinin öz innovasiyasını nə vaxt seriyalı istehsala tətbiq edəcəyi hələ məlum deyil, lakin şirkət artıq bu məsələ üzərində fəal işlədiyini təsdiqləyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
30
oxu.az

5Mənbələr