AZ

Tramp ABŞ-da TikTok-u “xilas edəcəyinə” söz verdi

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gələrsə, "TikTok" sosial şəbəkəsini “xilas edəcək” və amerikalılar üçün ona girişi təmin edəcəyinə söz verib. 

32gun.az xəbər verir ki, bu barədə o,  "Truth" Sosial sosial şəbəkəsindəki səhifəsində bildirib

"Amerikada TikTok-u xilas etmək istəyənlərin hamısına müraciət edirəm. "TikTok"u sevirsinizsə, Trampa səs verin. Əgər sizi "TikTok" və ya ABŞ-ın təhlükəsizliyi və rifahı maraqlandırmırsa, o zaman ölkəmizi məhv edəcək marksistlərə səs verə bilərsiniz”, - deyə siyasətçi bildirib.

O, rəqiblərinin ABŞ-da TikTok-u qadağan etmək istədiklərini vurğulayıb. Tramp həmçinin xatırladıb ki, o, bu sosial şəbəkədə “böyük ulduza” çevrilib – indi onun TikTok hesabına 11 milyona yaxın insan abunə olub.

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi TikTok-a qarşı iddia qaldırmışdı . Bu qərarın valideynlərinin razılığı olmadan 13 yaşına çatmamış uşaqların şəxsi məlumatlarının toplanması ilə əlaqədar qəbul edildiyi və bunun qanun pozuntusu olduğu aydınlaşdırılır.

Nilay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
32gun.az

10Mənbələr