AZ

Ronaldo və Messi "Qızıl top" siyahısına daxil edilmədi

“France Football” nəşri “Qızıl top”a 30 namizədin siyahısını dərc edib. 2003-cü ildən bəri ilk dəfə Kristiano Ronaldo (“Əl-Nəsr”, Portuqaliya millisi) və Lionel Messi (“İnter Mayami”, Argentina millisi) onların arasında deyil.

Axar.az xəbər verir ki, müvafiq siyahı jurnalın saytında yerləşdirilib.

Mükafat 2023/2024 mövsümünün sonunda dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq.

“Qızıl top”a iddialıların siyahısına aşağıda adıçəkilənlər daxildir:

Cud Bellinhem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real Madrid”), Ruben Diaş, Erlin Holann, Filip Foden, Rodri (hamısı “Mançester Siti”) , Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer 04”), Artem Dovbik (“Jirona”/”Roma”), Mats Hummels (Dortmund “Borussiya”sı/”Roma”), Dani Olmo (“Leypsiq”/”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”), Vitinya (PSJ), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”), Ademola Lokman (“Atalanta”).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
25
axar.az

10Mənbələr